<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İsa, Adın uca və qüdrətli,
 İsa, Adın uca, əzəmətli.
 İsa, Sən nemət və bərəkətsən,
 İsa, Sən həyat və həqiqətsən.

[C1]
   Susuz səhralar, qurumuş çöllər
   Canlandı Müqəddəs həyat Sözündən.
   Qurumuş bulaqlar, qurumuş çaylar
   Aşıb - daşdı Sənin xoş nəfəsindən.

[V2]
 İsa, Adın qüdrət, əzəmətdir,
 İsa, Adın ülvi, müqəddəsdir.
 İsa, Sən həyat və həqiqətsən,
 İsa, Sən sevinc və səadətsən.

[C2]
   Nuruna bələndi zülmətdə olanlar,
   Oyandı yuxudan yatmış olanlar.
   İsmini çəkənlər xilas oldular,
   Əbədi həyatı miras aldılar.

[V3]
 İsa, Adın uca, əzəmətli,
 İsa, Adın uca və qüdrətli.
 İsa, Sən gözəl, canlı Tanrısan,
 Müqəddəs Allahın vahid Oğlusan.</lyrics>
<title>İsa, Adın uca və qüdrətli İL51</title>
<hymn_number>51</hymn_number>
</song>